“AAAF Holdinq” rəhbərliyi sakinlərlə görüş keçirdi

1 October 2016
Kateqoriya: Xəbərlər
1 October 2016,
 Off

“AAAF Holdinq MMC” qışa hazırlıq prosesi ilə bağlı Kompleks sakinləri ilə görüş keçirib. İclas zalında təşkil olunmuş tədbirin məqsədi AAAF Park rəhbərliyi ilə sakinlər arasında qarşılıqlı münasibətləri tənzimləmək, onların təklif və iradlarını qeydə alaraq təmin olunmasına şərait yaratmaqdır. Rəhbərliyin təqdimat xarakterli rəsmi çıxışında qışa hazırlıq üçün Kompleksdə görülən qazlaşma, təmir bərpa işləri və digər proseslər işıqlandırılıb. Görüş çərçivəsində hazırda payız-qış fəslinə keçidlə bağlı ərazidə yaşanacaq dəyişikliklərə qarşı görülən tədbirlər planı müzakirə olunub, sakinlər fərdi qaydada dinlənilib, sadalanan iradlar operativ şəkildə həllini tapması üçün qeyd olunub. Gündəmdəki digər məsələ yaxın zamanda Kompleks daxilində görüləcək işlərlə bağlı olub. Planlar sırasında hər ay sakinlərlə görüş, ərazidə qazlaşmanın tam təmini, çıxarışların verilməsi və digər məsələlər yer alıb. Görüşün yekununda sakinlərin istəkləri üzrə rəhbərlik holdinqdaxili qurumlara icra üçün müvafiq tapşırıqlar verib.

14467011_1312453535474253_233322738_o

>