“AAAF-İnşaat” MMC-dən yenilik!

4 September 2014,
 Off

“AAAF-İnşaat” MMC-dən yenilik! Artıq şirkətimizin tikintisi ilə məşğul olduğu bütün binalarda gedən işləri izləmək imkanı qazanacaqsınız. Bugündən etibarən ayda iki dəfə olmaqla sizə “AAAF Park Yaşayış Kompleksi”ndəki bütün binaların fotogörüntülərini təqdim edəcəyik. Mütəmadi yenilənəcək baza vasitəsilə alıcılar öz evlərində tikintinin gedişi ilə tanış olmaq imkanı qazanacaqlar. Sizə sadəcə müvafiq küçə və binanı seçmək və onun müxtəlif rakurslardan çəkilmiş şəkillərinə baxmaq qalır. Uzun məsafə qət edərək evin durumuna baxmağa ehtiyac qalmır. Biz maksimum şəkildə ətraflı məlumat verməyə çalışacağıq.

Üstəlik, binanın tikən şəxs və ya şirkət, həmçinin iş içraçısının telefon nömrəsini də qalereyalarda qeyd olunacaq. Suallarınızı birbaşa yönəltmək imkanı əldə edəcəksiniz.

Sizin rahatlığınız üçün əlimizdən gələni etməyə hazırıq.

AAAF City A kompleksi

AAAF City B kompleksi

>