AAAF-İnşaat”MMC-nin baş mühəndisi: “25 saylı küçədə tikinti işləri gücləndirilib”

14 July 2015,
 Off

AAAF TV 25 saylı küçədə görülən son işlər barədə sujet hazırlayıb.

“AAAF– İnşaat” MMC-nin baş mühəndisi AAAF TV-yə müsahibə verib. Hətəm Rəfiyev müsahibəsində bildirmişdir ki, bu küçədə texniki problemlər aradan qaldırılaraq binaların tikintisindəki iş prosesi xeyli sürətlənib və hazırda işlər plan üzrə həyata keçirilir: “25 saylı küçənin bütün binalarında iş aparılır. Bəzi binaların mərtəbələri üzrə beton işləri tamamlanıb. Bu işləri görmək üçün metal ehtiyatı və işçi qüvvəmiz kifayət qədərdir.”
25 saylı küçədə 8 və 11 mərtəbədən ibarət 12 binanın inşa edilməsi planlaşdırılıb. Bu binaların daimi su ilə təmin olunması üçün su hövzəsinin də inşaası nəzərdə tutulub. Hətəm Rəfiyev yaxın günlərdə 25 saylı küçənin ərazisində min tonluq su hövzəsinin qazıntı işlərinə başlanılacağını da vurğuladı.

Xatırladaq ki, AAAF TV mütəmadi olaraq “AAAF – İnşaat” MMC-nin inşa etdiyi binalar haqqımda sujetlər təqdim edərək sakinləri məlumatlandırır. 25 saylı küçədəki tikinti və “AAAF– İnşaat” MMC-nin baş mühəndisi Hətəm Rəfiyevlə olan müsahibə ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz:

>