AAAF Park Yaşayış kompleksi

14 May 2013

Kateqoriya: Xəbərlər
14 May 2013,
 Off

«AAAF-İnşaat MMC» müstəqil respublikamızda idmanın inkişaf etdirilməsi məqsədi ilə peşəkar idmançılar tərəfindən təsis edilmişdir. MMC qısa müddət ərzində respublikamızın bir sıra rayon və kəndlərində idman mərkəzlərini inşa edərək idmançılarımızın istifadəsinə verilmişdir. MMC-nin tərkibində fəaliyyət göstərən «Zirvə idman klubu»nda 500 nəfərə yaxın idmançı, 50 nəfərə yaxın məşqçi uzun müddətdir ki, müntəzəm olaraq peşəkar idmanla məşğul olurlar. Klubun yetirmələri dəfələrlə avropa və dünya miqyaslı yarışlardan vətənimizə medallarla qayıtmışlar.

AAAF-İnşaat MMC idman mərkəzləri ilə yanaşı bir sıra yaşayış komplekslərinin tikintisi ilə məşğul olur, Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilən «AAAF park» kompleksi bizim şirkətin ən uğurlu layihələrindən biridir. İdmanla yaşayış evlərinin vəhdəti layihəyə xüsusi gözəllik verir. Zirvə idman klubunun əsas mərkəz bazası sayılacaq bu kompleksdə yüksək şəraitin yaradılması planlaşdırılır. Tanınmış idmançıların və mütəxəssislərin yaşayacağı bu kompleks sakinlərə Olimpiya kəndini xatırladacaq.

Respublikamızın və MOK-nin Prezidenti cənab İlham Əliyevin idmana qayğını öz üzərinə götürməsi və bu qayğının daim hiss olunması üçün bizə buraxdığı zamanı biz hamılıqla ləyaqətlə yerinə yetirməliyik. Bu gün bu böyük işlərdə sizin də əməyiniz ola bilər. Bizim bu kompleksin ərazisində bir ev almaqla klubumuzun ən fəal üzvünə çevrilə bilərsiniz.

Allahın köməkliyi ilə bu kompleksdə, uşaqlarımızın gələcəkdə peşəkar idmançı olması üçün şəraitin yaradılması ilə yanaşı yaşından asılı olmayaraq sizlərin sağlamlığı üçün də xüsusi şəraitlərin təşkil olunması klub tərəfindən nəzərdə tutulub. Sizlərin sağlam həyat və axirət arzusuyla yolunuzu gözləyirik. Allah sizlərdən razı olsun!

 

 

Zirvə idman klubu

  • Ağır Atletika mərkəzi
  • Boks mərkəzi
  • Gimnastika zalı
  • Mini futbol meydançası
  • Tennis kordu
  • Güləş növləri zalı
  • Basseyn

3000 nəfər tamaşaçı tutumu olan Ağır atletika mərkəzində, 2 məşq zalı, 25 iş otağı, spa mərkəzi, 2 kafe və ticarət obyektləri fəaliyyət göstərəcək. Burada ağır atletika idman növü ilə yanaşı boks, gimnastika və güləş növləri üzrə də Beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulmuşdur. Zirvə idman klubunun boks mərkəzində təlim məşq toplanışları keçirmək üçün 10 rinq quraşdırılmış, böyük zal, müntəzəm olaraq məşqlərin keçirilməsi üçün isə 5 rinq quraşdırılmış kiçik zal fəaliyyət göstərəcək. Kompleksin ərazisində 3 üzgüçülük hovuzu, futbol stadionu və 2 tennis kordu fəaliyyət göstərəcək. Bütün idman növləri üzrə kluba təcrübəli məşqçilər dəvət olunacaq.

Xidmət və iaşə obyektləri

  • Otel
  • Restoran
  • Ticarət mərkəzi
  • Boulinq
  • Çay evi
  • Uşaq bağçası
  • Uşaq poliklinikası
  • Uşaq əyləncə mərkəzi
  • Lisey
  • Aquapark
  • Sinema Klub

>